“Cənubi Qafqazda antirusiya tramplininin yaradılmasına çalışırlar”
https://azeri.sahartv.ir/news/dünya-i403595-cənubi_qafqazda_antirusiya_tramplininin_yaradılmasına_çalışırlar
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin ABŞ Senatında Ermənistana təhlükəsizlik və ABŞ-la əməkdaşlıq sahəsində dəstək verməsi ilə bağlı bəyanatları Cənubi Qafqazda antirusiya tramplininin yaradılmasına yönəlib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 15, 2023 13:30 Asia/Baku
  • “Cənubi Qafqazda antirusiya tramplininin yaradılmasına çalışırlar”

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin ABŞ Senatında Ermənistana təhlükəsizlik və ABŞ-la əməkdaşlıq sahəsində dəstək verməsi ilə bağlı bəyanatları Cənubi Qafqazda antirusiya tramplininin yaradılmasına yönəlib.

Bu açıqlama ilə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski çıxış edib.

Komitə rəhbəri vurğulayıb ki, Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib ki, söhbət Ermənistanın Rusiya ilə deyil, ABŞ ilə tərəfdaşlığından getməlidir, açıq-aydın Rusiya əleyhinə yeni bir dövlət yaratmaq arzusundadır.

Qeyd edək ki, ötən gün Yuri Kim Ermənistanın Rusiyaya qarşı ABŞ-ın partnyoru olmaqla bağlı real qərar qəbul etməli olduğunu bildirib.