Rusiya rəhbəri Ukraynanın kaset bombaları ilə təchiz edilməsinə münasibət bildirib:
"ABŞ, cinayət olduğunu bilə-bilə bunu edir"
Sen 16, 2023 12:58 Asia/Baku
Rusiya rəhbəri Ukraynanın kaset bombaları ilə təchiz edilməsinə münasibət bildirib.
Rusiya dövlətinin başçısı Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib ki, Amerika Birləşmiş Ştatları Ukrayna ordusuna kasetli sursatlar çatdırıb, baxmayaraq ki, özləri onlardan istifadəni cinayət adlandırırlar.
"Axı, kaset sursatlarından istifadə edən tərəf ABŞ-dır. Bugünkü halda, sadəcə olaraq, Ukrayna ordusunun əli ilə. Və həmin tərəf bunun cinayət olduğuna inanır, lakin istifadə etməyə özünə icazə verir", - deyə Putin bəyan edib.
O əlavə edib ki, beynəlxalq münasibətlərin əsas problemi məhz ikili standartlar siyasətidir və buna görə də dünyanın əksər dövlətləri çoxqütblü dünya yaratmaq üçün Rusiya ilə birgə mübarizə aparır.