Sen 26, 2023 18:56 Asia/Baku

Azərbaycan Respublikasının Qarabağa nəzarəti təmin etmək səyləri ilə eyni zamanda ABŞ rəsmilərinin Ermənistana intensivləşən səfərlərinin səbəbi bəlli olub.

“Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün Dağlıq Qarabağda beynəlxalq iştirak olmalıdır.”

Erməni KİV-lərinin məlumatına görə, bunu bazar ertəsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Azərbaycanı atəşkəs rejiminə riayət etməyə və Dağlıq Qarabağda mülki şəxslərin hüquqlarını qorumaq üçün konkret addımlar atmağa çağırırıq. Prezident Əliyev etnik ermənilərin hüquqlarına zəmanət verib, Azərbaycan bu vədi yerinə yetirməlidir”, - Pauer bildirib.

Onun sözlərinə görə,  humanitar vəziyyəti qiymətləndirmək, Azərbaycanın öz öhdəliklərini yerinə yetirib-yetirmədiyini yoxlamaq və beynəlxalq ictimaiyyətə hesabat vermək üçün Qarabağda beynəlxalq iştiraka icazə verməlidir, Pauer onuda bildirib ki, USAID belə təşkilatlar sırasında olmalıdır.

Beləliklə Qarabağdakı erməni sakinlərinin durumundan “nigaran” qalan qərbin niyyəti bəlli olub. Qarabağda qərb təsisatlarının və nümayəndələrinin iştirakı. Hansı ki, istənilən oyunlarla bu hərbi iştiraka da gətirib çıxara bilər.

Amerikalı rəsminin ABŞ-ın və qərbin niyyətini beləcə dilə gətirməsi elə bir şəraitdədir ki, Kreml sözçüsü Dmitri Peskov dünən dolayısı ilə, qərbin hətta vasitəçilik cəhdlərinə belə son qoyulmasına çağırdı. O qərbin Azərbaycan və Ermənistan arasındakı problemlərdə vasitəçilik potensialına malik olmadığını bildirdi.

Peskov Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi nəzərdə tutulan görüşünü şərh edərkən bildirib ki, üçüncü tərəflərin Qafqazda potensial vasitəçilik imkanları olmadan öz mövcudluğunu bərqərar etmək cəhdlərinin qarşısını almaq əsasdır.

Teqlər