Ermənistan hökuməti ölkədə anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaqda ittiham olunur
Lavrov: Bu cəhdlər süni xarakter daşıyır
Kreml Ermənistan hökumətini ölkədə anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaqda ittiham edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarından danışarkən deyib ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi həlledici dərəcədə süni xarakter daşıyır.
O sözlərinə əlavə edib: “Biz son illərdə Ermənistanda yaradılmış qeyri-hökumət təşkilatlarının sayı barədə məlumatlıyıq, elə əvvəllər də onların sayı az deyildi. Bu təşkilatlar Ermənistanla Rusiya Federasiyası arasında dostluq münasibətlərinin təşviqi məqsədilə yaradılmır. Onların məqsədi burada anti-Rusiya ab-havası yaratmaq və bu regionda Ermənistan vasitəsilə ilk növbədə ABŞ və Avropa İttifaqının, eləcə də NATO ölkələrinin maraqlarının təşviqi üçün zəmin hazırlamaqdan ibarətdir. Biz bu cəhdləri görürük, onlar müəyyən nəticələr əldə edir", - deyə Lavrov deyib.