Rusiyalı politoloq terror rejiminin son niyyəti barədə xəbərdarlıq etdi
Korotçenko: İsrail Qəzzəni səhraya çevirəcək istəyir
Rusiyalı politoloq xəbərdarlıq edib ki, sionist İsrail rejimi ABŞ və kollektiv Qərbin dəstəyi ilə HƏMAS-a qarşı hərbi əməliyyatlarını onun məhvinə yönəldib.
Tanınmış ekspert İqor Korotçenko qeyd edib: “Qəzzə zolağı səhra kimi təmizlənəcək, xəstəxanaya gecə hücumu kimi kütləvi ölüm və milyonlarla ərəb qaçqın Netanyahunu dayandıra bilməyəcək. İsrail cəmiyyəti isə fələstinlilərin qanına həvəslə susayırlar”.
Ekspert vurğulayıb ki, qəsbkar rejim özünə haqq qazandırmaqdan ötrü hər cür hiyləyə əl atır.
Bu arada Fələstin Səhiyyə Nazirliyi məlumat yayaraq bildirib ki, aparteid rejiminin Qəzzədə Əl-Əhli xəstəxanasının bombalanmasındakı vəhşi cinayətindən sonra onlar bu dəfə Əl-Qüds xəstəxanasını bombalamağa çalışırlar.
Bununla əlaqədar qeyd olunur ki, İsrail qüvvələri xəstəxananın rəsmiləri ilə üç dəfə əlaqə saxlayıb və Əl-Qüds xəstəxanasının boşaldılmasını tələb ediblər.