Okt 23, 2023 19:09 Asia/Baku
  • “Qəzzədə baş verənlər Holokostdur”

Dünya Müsəlman Alimləri Birliyinin baş katibi Əli Karadaği X sosial media platformasındakı paylaşımında işğalçı İsrailin Qəzzəyə hücumlarını, beynəlxalq ictimaiyyətin zülm və susqunluğunu qınayıb.

“Qəzzədə baş verənlər Nasist Holokost müharibəsidir” deyən Karadaği müasir dövrün ən böyük humanitar faciələrindən birinin Qəzzədə baş verdiyinə, qadınların və uşaqların öldürüldüyünə, xəstəxana və ibadət yerlərinin dağıdıldığına diqqət çəkib.

Bu faciəyə məhəl qoymamağın və susmağın problemi daha da ağırlaşdıracağını qeyd edən Karadaği, Fələstin xalqının hüquq və azadlıqlarını bərpa etmək üçün apardığı haqlı mübarizədə onun dəstəklənməli olduğunu bildirib.

Dünyanın Qəzzə xalqının məruz qaldığı barbarlıq və amansız zülmə səssiz qaldığını qınayan Karadaği müsəlman hökmdarlara, insan haqlarını müdafiə etdiyini iddia edən qərblilərə, BMT və insan haqları təşkilatlarının nümayəndələrinə, kilsə başçılarına və katoliklərin ruhani liderinə səslənib.

 

Karadaği qeyd edib ki, Qəzzədə törədilən qırğına son qoymaq və təcili hərəkətə keçmək lazımdır.