İsrail rejimi partlayıcı silahlardan istifadədən çəkinməlidir
https://azeri.sahartv.ir/news/dünya-i404782-İsrail_rejimi_partlayıcı_silahlardan_istifadədən_çəkinməlidir
BMT-nin insan hüquqları üzrə baş komissarı bu gün səhər saatlarında deyibdir ki, İsrail rejimi yaşayış massivlərində geniş təsirlərə malik olan partlayıcı silahlardan istifadə etməkdən çəkinməlidir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Okt 24, 2023 10:18 Asia/Baku
  • İsrail rejimi partlayıcı silahlardan istifadədən çəkinməlidir

BMT-nin insan hüquqları üzrə baş komissarı bu gün səhər saatlarında deyibdir ki, İsrail rejimi yaşayış massivlərində geniş təsirlərə malik olan partlayıcı silahlardan istifadə etməkdən çəkinməlidir.

Qida, dərman, işıq və su çatışmazlığına görə, Qəzzə şəhərinin durumu fəlakətə yaxınlaşmaqdadır- deyən Folker Türk bu şəhərdə geniş atəşkəsin bərqərar edilməsini istəyibdir.

BMT-nin insan hüquqları üzrə baş komissarı həmçinin sionist rejimin Qəzzə mülkilərinin ticarət malları və iaşə xidmətlərinə əlçatanlıqlarını əngəlləməsini beynəlxalq qanunların pozulması adlandırıb.

«Ələqsa Tufanı» əməliyyatı özünün on səkkizinci gününə daxil olub. Belə bir halda, sionist rejimin qırıcı-bombardmançı təyyarələri Qəzzənin yaşayış massivləri və müalicə mərkəzlərini intensiv şəkildə bombalamağı davam etdirirlər. Amma bu anadək sionist hərbçilər Qəzzəyə girə bilməyiblər. Çünki yaxşı bilirlər ki, Qəzzəyə giriş,/ oradan çıxışı bu asanlığa mümkün olmayacaq/ tələyə və bataqlığa girmək deməkdir.