Rusiya qatil rejimin “özünümüdafiə” haqqını absurd sayır
Nebenzya: İsrailin işğalçı olaraq özünü müdafiə etmək hüququ yoxdur
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi İsrail rejiminin “özünümüdafiə” haqqını tanımadığını vurğulayıb.
Vasili Nebenzya BMT-nin 10-cu fövqəladə xüsusi sessiyası zamanı deyib: “Fələstin-İsrail münaqişəsində özünümüdafiə hüququ İsrailə şamil edilmir, çünki o, 2004-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə təsdiqlənən işğalçı dövlətdir”.
Onun sözlərinə görə, Rusiya hökuməti digər situasiyalarda humanitar qanunlara hörmət etməyə çağıran, təhqiqat komissiyaları yaradan, illərdir davam edən zorakılığı dayandırmaq üçün son çarə kimi gücdən istifadə edənlərə qarşı sanksiyalar tətbiq edən ABŞ və onun müttəfiqlərinin ikiüzlülüyünə göz yuma bilmərəz.
Diplomat qeyd edib ki, bu gün ABŞ Qəzzədəki dağıntılara və zolaqdakı mülki obyektlərə, o cümlədən xəstəxanalara edilən zərbələrə, minlərlə uşağın ölümünə məhəl qoymur. ABŞ və onun müttəfiqləri sadəcə olaraq "İsrailin guya özünümüdafiə hüququndan təkrar danışırlar, halbuki işğalçı dövlət kimi onun belə bir hüququ yoxdur.
Eyni zamanda Nebenzya vurğulayıb ki, Rusiya İsrailin öz təhlükəsizliyini təmin etmək hüququna haqq verir.