Kəşmirdə "Səhər" TV- nin müxbiri həbs edilib
Məlumata görə, “Səhər” TV-nin "Urdu dili" şöbəsinin müxbiri Sibt Məhəmməd Həsən Fələstinə dəstək yürüşündən çəkiliş edərkən həbs edilib.
Qeyd edək ki, Kəşmir vilayətində müsəlmanlar İslam dünyasını, xüsusilə Fələstin məsələsini dəstəkləyən ən fəal müsəlmanlardandır. Sionist rejimin Qəzzə xalqına qarşı cinayətinin elə ilk günündən Kəşmir xalqı fələstinlilərə dəstək kampaniyası və nümayişlər təşkil edərək ayağa qalxıblar. Yürüşlərdə Kəşmir xalqı Fələstin bayrağını dalğalandırmış, cinayətkar İsrail bayrağını yandırmış İsraillə münasibətləri pozmaq şüarını vermişlər. Bu görüntülərdən reportaj hazırlamaq istəyən urdudilli fəaliyyət göstərən "Səhər" televizya kanalının jurnalisti Hindistan polisi tərəfindən həbs edilib. Polisi hələlik bu haqda heç bir izahat verməyib. Məhəmməd Həsənin azad edilməsi üçün diplomatik səylər davam etdiyi bildirilir