Noy 05, 2023 16:05 Asia/Baku
  • Avropa xalqları sionist rejimin Qəzzəyə qarşı cinayətlərinin dayandırılmasını tələb ediblər

Dünən minlərlə nəfər Berlin, Paris, Milan və Kopenhagen də daxil olmaqla bir çox Avropa şəhərində Fələstin xalqı ilə həmrəylik əlaməti olaraq, küçələrə çıxıb və sionist rejimin Qəzzə əhalisinə qarşı cinayətlərinin dayandırılmasını tələb edib.

Berlində Fələstin hamilərindən minlərlə nəfər öz ailə və övladları ilə yanaşı, sionist rejimin hücumlarını pisləmək üçün etiraz aksiyası keçirib.

Aksiyaçıların əllərində Fələstin bayraqları, eləcə də üzərlərində «Soyqırımını dayandırın!», «Qəzzəni xilas edin!» və «Atəşkəs!» şüarları yazılmış plakatlar olub.

Digər tərəfdən, Parisdə Fələstinin himayədarı olan minlərlə etirazçı yürüş keçirib. Onlar «Zorakılığa: Dur!» və «Heç bir iş görməmək və bir şey deməmək, cinayətə əlbir olmaq deməkdir!» kimi şüarlar verib,/ atəşkəs tələb ediblər.

Danimarkanın paytaxtı Kopenhagen şəhəri də xeyli sayda aksiyanın şahidi olub. Qəzzə ilə həmrəylik elan edən aksiya iştirakçıları Fələstin bayraqlarını dalğalandırıblar.

İngiltərənin Mançester şəhəri də Fələstinə dəstək istiqamətində ayağa qalxıb. Fələstinin himayədarı olan minlərlə nəfər bir daha Mançester və Londonda yürüş keçirib. Onlar İsrail rejiminin Qəzzəyə qarşı hücumlarının durdurulmasını tələb ediblər.

Həmçinin Qəzzə əhalisinə dəstək istiqamətində İtaliyanın Milan şəhərində aksiya keçirilib. Aksiyada Fələstinin tərəfdarı olan bir neçə cəmiyyət daxil olmaqla minə yaxın insan iştirak edib.

Fələstin xalqını himayə edən minlərlə irlandiyalı da dünən küçələrə çıxıb və sionist rejimin Qəzzədə törətdiyi vəhşicəsinə cinayətləri pisləyibdir.

Aksiyaçılar bu etiraz hərəkətində Dublin şəhərinin mərkəzi küçələrində yürüş keçirdikdən sonra İrlandiya xarici işlər nazirliyinin binası qarşısına toplaşıblar. Şüarlar səsləndirən aksiyaçılar Qəzzədə dərhal atəşkəsin elan olunması və bu bölgəyə humanitar yardımların göndərilməsini tələb ediblər.

Qəzzənin bombardman edilməsi, həmçinin fələstinli qadın və uşaqların qırğın edilmələrinin davam etməsinin fonunda qeyd edək ki, sionist rejimə dəstək verən Qərb ölkələri indiyədək BMT Təhlükəsizlik Şurasında istənilən atəşkəs qətnaməsinə veto qoyublar. Onlar həmçinin fələstinlilərin qırğın olunmaları və bombardman edilmələrinin durdurulması istiqamətində səy göstərmək yerinə, Təl-Əvivi daha çox himayə istiqamətində qətnamələrin qəbul etdirlməsinə can atırlar.

 

Teqlər