Noy 10, 2023 14:03 Asia/Baku
  • Bayden: İsrail Qəzzədə humanitar atəşkəslə razılaşdı

ABŞ prezidenti Co Bayden iddia edibdir ki, sionist rejim Vaşinqtonun təzyiqlərindən sonra Qəzzədə humanitar atəşkəslə razılaşıbdır.

Bayden bununla bağlı etiraf edibdir ki, bu, “düzgün istiqamətdə atılan addım” olaraq, müharibədən qaçmaları üçün mülkilərə kömək edəcək və zərər çəkmiş bölgələrə daha çox yardımların daxil olmasına səbəb olacaq.

Bu iddianın fonunda qeyd edək ki, sionist rejimin baş naziri Benyamin Netanyahu deyib: İsrail əsirləri azad edilmədən, Qəzzədə atəşkəs bərqərar olmayacaq.

Amerika prezidenti dünən gecə “X”sosial şəbəkəsində yaydığı tvitt-də yazıb: Həftələrdir ki, İsrailin başçıları ilə humanitar atəşkəsin önəmi barədə söhbət edirəm.

Bayden sonra belə iddia edib: Bu gündən etibarən, iki humanitar dəhliz yaradılacaq. Bu dəhlizlər insanların Qəzzədəki döyüş bölgələrindən qaçmalarına icazə verəcək. Minlərlə nəfər öncədən təhlükəsiz məkanlara gedə bilibdir.

Ağ Ev-in milli təhlükəsizlik şurasının sözçüsü Con Kerbi etiraf edibdir ki, İsrail Qəzzənin şimalında hər gün müharibədə dördsaatlıq dayanmanın icra edilməsilə razılaşıb və bu fasilələr bərqərar edilməzdən üç saat öncə elan edilcəək.

Kerbinin iddiasından az sonra sionist rejim ordusunun məsul bir şəxsi deyibdri ki, Qəzzədə heç bir atəşkəs bərqərar edilməyib və yalnız humanitar yardımların çatdırılması üçün yerli və taktiki fasilələr mövcuddur.

 

Teqlər