Fələstinə beynəlxalq dəstəklər davam edir
https://azeri.sahartv.ir/news/dünya-i405330-fələstinə_beynəlxalq_dəstəklər_davam_edir
Nyu-York əhalisindən yüzlərlə nəfər bir aksiyada müdafiəsiz Qəzzə əhalisinə öz dəstəyini elan edib. Onlar sionist rejimin Qəzzə əhalisinə qarşı vəhşicəsinə hücumlarının durdurulmasını tələb ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2023 10:42 Asia/Baku
  • Fələstinə beynəlxalq dəstəklər davam edir

Nyu-York əhalisindən yüzlərlə nəfər bir aksiyada müdafiəsiz Qəzzə əhalisinə öz dəstəyini elan edib. Onlar sionist rejimin Qəzzə əhalisinə qarşı vəhşicəsinə hücumlarının durdurulmasını tələb ediblər.

Nyu-Yorkun Manhetten bölgəsinə toplaşan insanlar Fələstin xalqına dəstək istiqamətində şüarlar veriblər. Onlar öz şüar və plakatlarında Amerika hökumətindən istəyiblər ki, sionist rejimi himayə etməyi dayandırsın.

Aksiyada bir qrup anti-sionist ravvin də iştirak edib. Onlar müdafiəsiz Qəzzə əhalisinə öz dəstəklərini elan ediblər.

Həmçinin aksiyaçıların əllərində üzərlərində “Qəzzə azad ediləcək!”, “Azad Fələstin!”, “İşğalçılıqla mübarizə, insan hüquqlarındandır!”, “Amerika hökuməti aparteid İsrail rejiminə maliyyə köməyinə son qoymalıdır!” və “Fələstin xalqının müqavimətini himayə edirik!” kimi şüarlar yazılmış plakatlar olub.