Rusiyanın əks-hücumları dəf etmsi Kiyevi məyus edib
Ukraynalı generaldan etiraf: Rus qoşunlarının öhdəsindən gələ bilmirik!
Noy 13, 2023 12:09 Asia/Baku
Ukraynalı general rus qoşunlarını geri oturtmaq üçün aparılan əks-hücumların alınmadığını etiraf edib.
General-mayor Sergey Krivonos bu barədə deyib: “Ruslar xüsusi əməliyyat zonasında güclü istehkamlar tikib və onların öhdəsindən gəlmək mümkün olmayıb. Ərazinin istehkamlarla düzgün təchiz edilməsinin Zaporojye istiqamətində Rusiya istehkam sahələrinin nümunəsində nəyə nail ola biləcəyini görürük”.
General xatırladıb ki, bu müdafiə xətti düzgün tərtib olunduğu üçün Ukrayna Silahlı Qüvvələri təxminən altı aya yaxındır onun öhdəsindən gələ bilmir.
O qeyd edib ki, Kiyev rəhbərliyi rusiyalı hərbi mütəxəssislərdən öyrənməlidir. Burda heç bir qəbahət yoxdur.