BMT İsrail rejimindən fürsət istədi
BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı: “İsrail “HƏMAS” haqda etdiyi iddiasını sübut etmək üçün bizə fürsət tanımalıdır”
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İsrail rejiminin HƏMAS qərargahının “Əş-Şifa” xəstəxanasında olması ilə bağlı iddialarını araşdırmaq üçün kompleksə giriş istəyib.
Volker Türk çıxışında bildirib ki, İsrail rejiminin “Əş-Şifa” Xəstəxanası ilə bağlı iddialarını araşdırmaq üçün rejim təşkilatın tədqiqat qrupuna giriş icazəsi verməlidir.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı HƏMAS-ın Əş-Şifa xəstəxanasında komanda qərargahının olması və silahların gizlin saxlanıldığı yer olması ilə bağlı sionist ordunun ittihamları ilə bağlı suala cavab olaraq deyib ki, bizə Əş-Şifa xəstəxanasına giriş lazımdır. Biz müharibə tərəflərinin mövqelərini nəzərə almadan bunu edə bilmərik.
O daha sonra bildirib ki, belə bir vəziyyətin müstəqil beynəlxalq araşdırmaya ehtiyacı var, çünki bu mövzuda bizim fərqli baxışlarımız var.
Volker həmçinin verdiyi açıqlamada xəstəxanaların beynəlxalq qanunların və nəzarət sisteminin xüsusi mühafizəsi altında olduğunu bildirərək, sionist rejiminin indiyədək təkcə irəli sürdüyü ittihamın sosial şəbəkələrdə lağa qoyulan adi bir sionist əsgərin yayımladığı film olduğunu diqqətə çatdırıb. Həmin görüntülərdə sionist əsgəri HƏMAS-ın xəstəxanada olmasına sübut kimi noutbuk, bir neçə CD, hərbi çəkmə və bir neçə Kalaşnikov silahının olduğu göstərilir.
Qeyd edək ki, bir çox Qərb mediası və beynəlxalq qurumlar İsrail rejiminin irəli sürdüyü ittihamın sübuta yetirə bilmədiyini açılayıblar. Beynəlxalq hüquq müşahidəçiləri də verdiyi bəyanatında israillilərin dərc etdiyi görüntülərin bu xəstəxanaya hücumu əsaslandırmaq üçün kifayət etmədiyini açıqlayıb.