Noy 23, 2023 16:01 Asia/Baku
  • Sionist rejim məhsullarinin boykotu genişlənir

İsrail rejimi məhsullarının boykot edilməsi geniş miqyas alır

Sionist rejimin Qəzzəyə qarşı vəhşicəsinə hücumları və günahsız Fələstin əhalisini qırğın etməsi fonunda bu rejim istehsalı olan məhsul və brendlər və ya ona dəstək verən şirkətlər geniş miqyas almaqda olan boykotlarla üzləşiblər.

Sionist rejimə öz dəstəklərini elan edən Mak Donald, Koka-Kola, Starbuks və Ki.Ef.Si.(KFC) kimi Qərb şirkətləri Misir, İordaniya və Türkiyə kimi ölkələrdə xalq tərəfindən boykot ediliblər.

İsrail rejiminə dəstək verən onlarla Qərb şirkəti və məhsulunun siyahısı sosial medialarda yayılıb və insanlardan Qərb məhsullarını yerli məhsullarla əvəz etmələri istənilib.

Misir xalqı İsrail rejiminin boykot edilməsini özünün sionist rejimə qarşı səsini çatdırmaq istiqamətində ən yaxşı və ya yeganə yol hesab edir.

İordaniyada İsrail rejiminin boykot edilməsinin tərəfdarları Mak-Donald və Starbuks-un filiallarına daxil olurlar ki, müştəriləri həmin mərkəzlərdən məhsul almamağa təşviq etmiş olsunlar.