Noy 24, 2023 13:28 Asia/Baku
  • Ketrin Rassel: Qəzzə dünyada uşaqlar üçün ən təhlükəli yerdir

BMT-nin Uşaq Fondunun (UNICEF) baş katibi Qəzzə sektorunda qaniçən İsrail ordusu tərəfindən qətlə yetirilən fələstinli uşaqlar barədə danışıb.

Ketrin Rassel işğalçı rejimin hücumları nəticəsində 5300 fələstinli uşağın öldürüldüyünü qeyd edərək sözügedən münaqişədə çox sayda dinc insanın qətlə yetirildiyinə diqqət çəkib.

Qəzzədəki şəhidlərin 40%-nin uşaqların payına düşdüyünü deyən Rassel “belə bir halın daha öncə baş vermədiyini və Qəzzanın uşaqlar üçün dünyanın ən təhlükəli yeri olduğunu” vurğulayıb.

Bundan başqa, o, İsrail hücumları nəticəsində çox sayda qadının da qətlə yetildiyini bildirib.

Dəgər tərəfdən BMT-nin Ümumdünya Ərzaq Proqramı-nın icraçı direktoru Sindi Makkeyn deyib ki, Qəzzə zolağındakı mülki əhali birbaşa aclıq təhlükəsi ilə üzləşir.

Onun sözlərinə görə, Qəzzəyə qida və su təchizatı demək olar ki, çatmır və ac insanların mövcud ehtiyaclarını ödəmək üçün yalnız bir sərhəd keçidi məntəqəsinin fəaliyyəti kifayət deyil. Yeganə ümid Qəzzəyə həyati əhəmiyyət kəsb edən ərzaq ehtiyatlarını çatdırmaq üçün başqa bir təhlükəsiz keçid açmaqdır.