Caucasus Heritage Watch-dan növbəti saxta təbliğat
Amerikanın mədəni irsin qorunması ilə məşğul olan “CaucasusHeritageWatch” təşkilatı Azərbaycanı Qarabağın Şuşa şəhərində "erməni qəbiristanlığı"nı məhv etməkdə ittiham edib.
İddialar iki peyk çəkilişinə əsaslanıb, onlardan biri Azərbaycan hakimiyyəti həmin əraziyə nəzarəti bərpa etmədən öncə çəkilib, digərində qəbiristanlıqdan keçən yeni yol görünür.
CaucasusHeritageWatch iddia edir ki, bu yolun tikintisi qədim erməni qəbirlərinin dağıdılmasına səbəb olub. Bu iddia elə irəli sürüldüyü günYerevan, Rusiya, Avropa və ABŞ-ın kütləvi informasiya vasitələrinə düşüb.
Azərbaycanın Turan İnformasiya Agentliyi noyabrın 24-də Google-dan alınan peyk təsvirini öyrənərək öz araşdırmasını aparıb. Yeni yol barədə CaucasusHeritageWatch-un iddiasının əksinə olaraq, Turan-ın araşdırması qəbiristanlıqda yalnız iki mövcud paralel yolu müəyyən ki, bu da təşkilatın məlumatını təkzib edir.
Azərbaycan mənbələri təşkilatı yeni yolların və dağıntıların təsvirini yaratmaq üçün Photoshop-un köməyilə fotoşəkilləri manipulyasiya etməkdə günahlandırırlar.
Qeyd edək ki, sözü gedən amerikan təşkilat eləcə də digər qərb qurumları 30 il müddətində işğal latında olan Azərbaycan torpaqlarındakı genişmiqyaslı dağıntılar barədə bir dəfə də olsun məlumat yaymayıblar.