Amerikalıların əksəriyyəti Ukraynaya davamlı dəstəyin əleyhinədir
Associated Press-in son sorğusunun nəticələri göstərir ki, Amerika xalqının yarısı öz ölkələrinin Rusiya ilə müharibə zamanı Ukraynaya həmişəkindən daha çox maliyyə və hərbi dəstək verdiyinə inanır.
Amerikalı qanunvericilər federal hökumətin Rusiya ilə qarşıdurma üçün Kiyevə dəstəyinə uyğun olaraq, milyardlarla dollar göndərməyi hələ də nəzərdən keçirərkən, bir rəy sorğusunda bu ölkədəki insanların təxminən yarısı təsdiqləyib ki, Bayden hökumətinin Ukraynaya Rusiyaya qarşı verdiyi dəstəyin həcmi həmişəkindən daha çox olub və bu pullar yerli ehtiyaclara xərclənsə daha yaxşı olar.
Associated Press-in sorğusu göstərir ki, Ukraynaya hərbi və maliyyə yardımına qarşı çıxan amerikalıların əksəriyyəti Respublikaçılar Partiyasının tərəfdarlarıdır və Konqresdəki mühafizəkar qanunvericilər arasında Baydenin Ukraynaya yardımın yeni hissəsini təsdiqləmək səylərinə qarşı çıxanların səviyyəsi nə dərəcədə ciddidir? Xüsusilə ona görə ki, onların əksəriyyəti bu yardımın daxili prioritetlərə xərclənməsinin daha yaxşı olacağına inanır.
Bununla belə, Ukraynaya yardımın əleyhinə olanların sayı ötən aya nisbətən bir qədər azalıb. Ötən aya Ukraynaya yardımın əleyhinə olanların faizi oktyabrdakı 52%-dən 45%-ə enib. Görünür bu dəyişiklik daha çox respublikaçılarla əlaqədardır, hansı ki, hazırda onların 59 fazizi Ukraynaya yardımın göstərilməsinə qarşı çıxır, halbuki bu rəqəm oktyabrda 69 faiz təşkil edirdi.
Bu rəqəmlərin azalma tendensiyasına baxmayaraq, Amerikanın Ukraynaya davam etdirdiyi yardıma respublikaçıların müxalifət səviyyəsi yüksək olaraq qalır. Bu sorğunun bəzi iştirakçıları bildiriblər ki, səhiyyə və evsizlərlə iş sahəsində bir çox məsələ və problemlərin olduğu halda, Amerika Ukraynanı dəstəkləməyə davam edir.
Ağ Ev ABŞ qanunvericilərinə oktyabr ayında Bayden administrasiyası tərəfindən təklif olunan 106 milyard dollarlıq təcili xərclər paketini təsdiqləmələri üçün dəfələrlə təzyiq göstərib. Bu paketin təxminən 61 milyard dolları Ukraynaya dəstək üçün, qalanı isə HƏMAS-la müharibədə İsraili dəstəkləmək və ABŞ-ın cənub sərhədində miqrasiya böhranını idarə etmək üçün ayrılıb.