İngilis polisinin Fələstin tərəfdarlarına qarşı yeni təhdidləri
İngiltərə polisi bir bəyanatda bildirib ki, Fələstin tərəfdarları yürüşlərdə bəzi şüarlar və yazılara görə həbs cəzası ilə üzləşəcəklər.
Sionist lobbisi və Britaniya hökumətinin müxtəlif din və millətlərdən olan yüz minlərlə insanın Fələstinə dəstək və sionist rejimə nifrət aksiyalarında iştirak etməsinin qarşısını alma cəhdləri uğursuzluğa düçar olduqdan sonra, Britaniya polisi yeni təlimatla səhnəyə daxil olub və qanunu pozan ifadələrin işlədilməsi ilə bağlı xəbərdarlıq edərək, bildirib ki, qüvvələri şənbə günü Londonun mərkəzində keçiriləcək yürüşdə, həbs cəzası ilə üzləşə biləcək sözləri, şüarları, yazıları və simvolları əks etdirən vərəqələr paylayacaq.
Polis əlavə edib: "İlk dəfədir ki, hansı dilin qəbuledilməz olduğuna aydınlıq gətirməyə çalışır".
Şənbə günü, artıq yeddinci həftə olaraq, Britaniyanın paytaxtında növbəti Fələstinə dəstək, sionist rejim və onun havadarlarına qarşı qəzəb və nifrət aksiyasının keçirilməsi planlaşdırılır.