Sionist rejimin cinayətləri haqda hüquqi addim atilib
Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Cənubi Afrikanın sionist rejimin fələstinlilərə qarşı soyqırımı törətməsi əleyhinə şikayət etməsindən xəbər verib.
Beynəlxalq Cinayət Məhkəməsinin bəyanatında deyilir: Bu barədəki şikayət ərizəsində qeyd olunur ki, İsrail rejimi Qəzzə zolağında fələstinlilərə qarşı soyqırımı cinayətinin cəzalandırılması və qarşısının alınması konvensiyasındakı öhdəliklərini pozubdur.
Bəyanata əsasən, Cənubi Afrikanın şikayət ərizəsində qeyd olunur ki, İsrail rejiminin/ istər dövlət orqanları, istər dövlət məmurları, istər digər orqanlar və istərsə də göstərişə əməl edən şəxslər tərəfindən Qəzzə sakinlərilə əlaqədar hərəkəti Təl-Əvivin BMT nizamnaməsi əsasında üzərinə götürdüyü vəzifələri pozur.
Bəyanatda sonra deyilir: Cənubi Afrika Beynəlxalq Cinayət Məhkəməsindən istəyibdir ki, sionist rejimin soyqırımı konvensiyası ilə bağlı öhdəliklərinə sadiq qalması məqsədilə tədbirlər görsün ki, fələstinlilərə qarşı soyqırımının qarşısı alınsın və onun amilləri öz cəzalarına çatsınlar.
Cənubi Afrikanın şikayətinin ardınca sionist rejimin xarici işlər nazirliyi şiddətlə bu Afrika ölkəsinə hücum edib və Təl-Əvivə qarşı şikayəti «qanlı fitnə» adlandırıb və onu rədd edibdir.