Yaponiyada 7 bal gücündə zəlzələ olub
Yan 01, 2024 14:45 Asia/Baku
Yaponiya xəbər mənbələri bir neçə dəqiqə ərzində bu ölkənin qərb bölgələrində 5,6 və 7 bal gücündə iki zəlzələnin baş verdiyini, Osaka və Kyoto şəhərlərinin isə şiddətlə silkələdiyini açıqlayıb.
Qeyd edək ki, bu güclü zəlzələdən sonra Yaponiya Meteorologiya Agentliyi İşikava, Niiqata və Toyama prefekturalarının sahilyanı ərazilərində sunami xəbərdarlığı edib.