Donald Tramp növbəti dəfə Bayden hökumətini təhqir etdi
“Amerikanı indi axmaqlar idarə edir”
Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Birləşmiş Ştatları hazırda axmaqlar idarə edir.
Tramp bunu ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən seçki mitinqində deyib. Siyasətçi həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydenə qarşı korrupsiya ittihamları səsləndirib.
“İndi bizdə Co Bayden vəzifədədir. Əminliklə deyə bilərəm ki, o, tarixdə ən çox korrupsiyaya uğramış ABŞ prezidentidir. Açığını deyim ki, o, indiyə qədər rastlaşdığınız ən səriştəsiz prezidentdir. Onunla biz üçüncü dünya müharibəsinə cəlb oluna bilərik”, - deyə Tramp seçicilərinə söyləyib.
Qeyd edək ki, bir gün əvvəl, yanvarın 16-da Tramp Amerikanın Ayova ştatında ABŞ prezidentliyinə namizəd irəli sürmək üçün Respublikaçılar partiyadaxili səsvermədə qalib gəlib. O, 51% səs toplayıb.