Yan 29, 2024 19:11 Asia/Baku
  • Əmir Abdullahian: İran və Pakistan terrorçulara fürsət verməyəcək

İran xarici işlər naziri bildirib ki, İran və Pakistan terrorçulara iki ölkənin əlaqələrinə və təhlükəsizliyinə xələl gətirməsinə imkan verməyəcək.

Əmir Abdullahian Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani ilə birgə mətbuat konfransı zamanı bəyan edib ki, iki ölkə son illərdə terrorla mübarizədə çoxlu şəhid verib.

O əlavə edib ki, İran və Pakistan ortaq sərhədlərindəki terrorçular üçüncü tərəfdən dəstək alırlar və heç vaxt İran və Pakistan ölkələrinin xeyrini istəmirlər.

Əmir Abdullahiyan vurğulayıb: Biz açıq şəkildə deyirik ki, İran və Pakistan terrorçulara ikitərəfli münasibətlərə və iki ölkə arasındakı sərhədlərin təhlükəsizliyinə xələl gətirməsinə icazə verməyəcək.

İranın xarici işlər naziri həmçinin iki ölkənin terrorizmlə effektiv mübarizəsinin qaçılmaz olduğunu vurğulayaraq, qeyd edib ki, tərəflər iki ölkənin coğrafi sərhədlərini iqtisadi, inkişaf və bu sərhədlərin hər iki tərəfindəki sakinlər üçün rifah sərhədlərinə çevirmək barədə eyni fikirdədirlər.

O, əlavə edib: "Tehran və İslamabadın güclü əməkdaşlığı sayəsində  terrorçulara iki ölkə və onların xalqlarının təhlükəsizliyini təhlükəyə atmasına icazə verməyəcək".

Prezident Rəisinin Pakistan hökumətindən bu ölkəyə səfər etmək üçün rəsmi dəvət aldığına toxunan Əmir Abdullahian izah edib ki, iki tərəf bu gün dost və qardaş ölkə Pakistana bu səfərin yaxın gələcəkdə baş tutması üçün birgə koordinasiya etmək barədə razılığa gəliblər.

Pakistanın xarici işlər naziri Cilani də öz növbəsində suverenlik və ərazi bütövlüyünə hörmətin Pakistan və İran arasında əməkdaşlıq üçün vacib olduğunu bildirərək, bütün problemlərin həlli üçün İranla bütün təhlükəsizlik və hərbi rabitə kanallarının işə salındığını deyib.

Pakistanın xarici işlər naziri iki ölkənin öz regionlarında terrorizmlə mübarizədə əməkdaşlıq etmək barədə razılığa gəldiyinə diqqət çəkərək, sakitləşmənin və bir-birinin narahatlıqlarını aradan qaldırmağın vacibliyini vurğulayıb.

Cilani davam edib ki, iranlı həmkarının Pakistana bu qədər qısa müddətdə səfər etməsi hər iki tərəfin Pakistan və İran arasında yaxın münasibətlərin möhkəmlənməsinə dərin sadiqliyinə dəlalət edir və qeyd edib ki, bu, təkcə inkişaf üçün faydalı deyil, həm də iki xalq üçün mühüm sabitlik mənbəyidir. 

O, terrorizm təhlükəsini hər iki ölkə üçün ortaq çağırış kimi qiymətləndirərək, İslamabad və Tehranın güclü institusional mexanizmdən yararlanmaq üçün bu təhlükəyə qarşı mübarizədə əməkdaşlıq üsullarını qəbul etməyə razılaşdıqlarını bildirib və suverenliyə və ərazi bütövlüyünə hörmətin əməkdaşlıq üçün əsas addımı olaraq qaldığını vurğulayıb.

Teqlər