Pakistanda kəskin təhlükəsizlik tədbirləri altında seçkilər keçirilir
Pakistan hökuməti bu ölkədə milli və əyalət məclisinə seçkilərin keçirildiyi bir vaxtda potensial təhdidlərlə mübarizə aparmaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib və mobil telefon və internet xidmətlərini müvəqqəti olaraq kəsib, sərhəd keçidlərini isə bağlayıb.
Tasnim Xəbər Agentliyinin məlumatına görə, Pakistan milli seçkilərində səsvermə prosesi bu ölkənin müxtəlif şəhər və əyalətlərində gücləndirilmiş təhlükəsizlik tədbirləri altında bu gün səhər başlayıb. Pakistan hökuməti potensial təhdidlərlə mübarizə üçün mobil telefon və internet xidmətlərinin müvəqqəti olaraq kəsildiyini və Əfqanıstan və İranla sərhəd keçidlərinin bir gün ərzində bağlandığını açəqlayıb və bildirib ki, asayişi qorumaq və potensial təhlükələrlə mübarizə aparmaq üçün təhlükəsizlik tədbirləri görmək lazımdır. Bütün ölkə ərazisində səsvermənin təhlükəsizliyi təmin edilib.
Qeyd edək ki, dünən Pakistanın Bəluçistan əyalətində milli və əyalət məclislərinə namizədlərin ofisləri yaxınlığında iki partlayış baş verib və təxminən yetmiş nəfərin ölməsi və yaralanması ilə nəticələnib.