Fev 14, 2024 21:05 Asia/Baku
  • BMT:

BMT-nin insan haqları və terrorla mübarizə üzrə xüsusi məruzəçisi çıxışında sionist rejimin Qəzzəədə törətdiyi cinayətlərin heç bir əsası olmadığını deyib.

BMT-nin xüsusi məruzəçisi Ben Emmerson sionist rejimin Qəzzə zolağında dinc əhaliyə, xüsusilə də qadınlara və uşaqlara qarşı amansız hücumları nəticəsində 28 mindən çox şəhid olduğunu və 67 min nəfərin isə, yaralandığını deyib. 

O, daha sonra qeyd edib ki, İsrail rejimi Qəzzəyə yardım xidmətlərinin çatdırılmasına limit qoyub.

Emerson həmçinin sionist rejimin Qəzzə əhalisini Fələstin torpağından zorla köçürmək niyyətinə də toxunaraq deyib: "Qəzzədə məcburi köçürülmə və sürgün həyatı fələstinliləri təhdid edir"

O, Amerikanın bölgədə fəaliyyətini tənqid edərək, Vaşinqtonun İsrailə təzyiq etmək üçün bütün vasitələrdən istifadə etmədiyini və İsrailin Qəzzədə apardığı hücumlarda heç bir dəyişikliyin görmədiyini vurğulayıb.

 

 

Teqlər