Zaxarova: Qərbdə nəticələr "artıq hazırdır"
https://azeri.sahartv.ir/news/dünya-i408514-zaxarova_qərbdə_nəticələr_artıq_hazırdır
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Navalnının ölümü ilə əlaqədar reaksiyalara cavab verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2024 12:49 Asia/Baku
  • Zaxarova: Qərbdə nəticələr

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Navalnının ölümü ilə əlaqədar reaksiyalara cavab verib.

Mariya Zaxarova bildirib ki, NATO liderləri məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləmədən öz nəticələrini hazırlayıblar.

O, NATO ölkələri liderlərinin Rusiyalı müxalif siyasətçi, videobloger Aleksey Navalnının ölümünə dərhal reaksiya vermələrini "özlərini ifşa etmə" adlandırıb.

Diplomat qeyd edib ki, hazırda hələ məhkəmə-tibbi ekspertizanın nəticəsi yoxdur, lakin Qərbdə nəticələr "artıq hazırdır".

Xatırladaq ki, rusiyalı dissident Aleksey Navalnı ötən gün həbsxanada dünyasını dəyişib. Hazırda Navalnının ölüm səbəbləri müəyyənləşdirilir.