Mart 23, 2024 14:32 Asia/Baku
  • Dmitri Peskov: De-fakto müharibə şəraitindəyik

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna əleyhinə müharibənin ciddi xarakter aldığını söyləyib.

O deyib: “Ukraynadakı vəziyyət de-yure xüsusi əməliyyat, de-fakto isə müharibədir: “Xüsusi hərbi əməliyyatın hüquqi statusu dəyişmir. Bununla belə, hazırkı vəziyyət bizim üçün de-fakto müharibədir”.

D.Peskov qeyd edib ki, döyüşlər kollektiv Qərbin proseslərə müdaxiləsindən sonra müharibəyə çevrilib: “Yəni dəyişikliklər hüquqi mənada deyil, mahiyyət etibarilə baş verib”.

 

Teqlər