Moskva teraktı ilə bağlı həbslər həyata keçir
Şübhəlilər polis tərəfindən saxlanılıblar
Mart 23, 2024 17:07 Asia/Baku
Moskvada “Krokus Siti Holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb.
Rusiya KİV-i xəbər verir ki, sözügedən şəxslər Bryansk vilayətində saxlanılıblar.
Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.
Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.
Məcmuda Moskva terroru ilə əlaqədar 11 nəfər həbs olunub.