Putin Rusiya xalqına müraciət etdi
Rusiya prezidenti Vladimir Putin Crocus-da baş verənləri qanlı və barbar terror hücumu adlandırıb.
O qeyd edib ki, Krokusda onlarla dinc, günahsız insan terror aktının qurbanı oldu.Rusiya lideri vurğulayıb ki, həkimlər indi qurbanların həyatı üçün mübarizə aparırlar, əminəm ki, yaralıların həyatını xilas etmək üçün əllərindən gələni edəcəklər.Rusiya prezidenti "Crocus City Hall"da törədilən terror aktı nəticəsində ailəsini və yaxınlarını itirən hər kəsə başsağlığı verib.İstintaq və hüquq-mühafizə orqanları Crocus-da baş verən terror aktının bütün təfərrüatlarını müəyyən etmək üçün əllərindən gələni edəcəklər, Putin deyib.Putin daha sonra qeyd edib ki, "Onları müəyyən edib cəzalandıracağıq. Cinayətkarlar soyuqqanlılıqla öldürməyə, rusiyalıları uzaq məsafədən güllələdilər. Nasistlərin bir zamanlar etdiyi kimi. Krokusda terror aktının bütün günahkarları, təşkilatçıları və sifarişçiləri ədalətli cəzalarını alacaqlar"Vladimir Putin əlavə edib:"Rusiyanın bütün regionlarında əlavə antiterror tədbirləri tətbiq edilib"Rusiya lideri vurğulayıb ki, terror aktını törədən dörd nəfərin hamısı tapılıb. "Onlar gizlənməyə çalışıb və ilkin məlumatlara görə, Ukrayna tərəfində sərhədi keçmək üçün “pəncərə” hazırlanmış Ukraynaya tərəf hərəkət ediblər", - qeyd edilib. Rusiya prezidenti diqqətə çatdırıb ki, ümumilikdə terrorun törədilmısi ilə bağlı 11 nəfər saxlanılıb.Vladimir Putin Rusiyanın bir neçə dəfə ən çətin sınaqlardan keçdiyini və indi də belə olacağını diqqətə çatdırıb.