Mart 25, 2024 18:10 Asia/Baku
  • Rusiya rəsmiləri intiqam alınacağını vəd edirlər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib ki, İŞİD terror təşkilatı planlarına düzəliş edib və əsasən ABŞ-ın düşmənlərinə hücum edir.

Mariya Zaxarova Komsomolskaya Pravda qəzeti üçün köşə yazısında bildirib: “Krokusda terror aktında günahlandırılan İŞİD-in yaranmasında istər-istəməz ABŞ-ın əli var”.

Onun fikrincə, bütün dünyada nəzarətsiz şəkildə dəhşətli terror aktları həyata keçirməyə başlayan İŞİD-in yaradılmasında amerikalıların “bilərəkdən və ya bilməyərəkdən əli var.

“Son illərdə İŞİD planlarına düzəliş edib və hazırda əsasən ABŞ-ın düşmənlərinə – iranlılara, Suriyanın qanuni hakimiyyətinə və bizə qarşı hücumlar həyata keçirir”, - deyə o, yazıb.

Öz növbəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb: “CrocusKrokus Citi Holl-da terror aktında iştirak edən hər kəs, ölkədən və statusundan asılı olmayaraq, Rusiya Federasiyası tərəfindən intiqam almaq üçün qanuni hədəf olacaq. Biz hamının qisasını alacağıq. Mənşəyindən və statusundan asılı olmayaraq, bu işdə iştirak edən hər kəs indi bizim hüquqi və əsas məqsədimizdir. Gözləyin, alçaqlar!”, - deyə siyasətçi hədələyib.

Qeyd edək ki, 22 mart 2024-cü ildə Moskva yaxınlığındakı Crocus City Hall-da terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib. Terror aktı nəticəsində 137 nəfər həlak olub, 180 nəfər yaralanıb. Ölənlər arasında üç uşaq da var.

Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb.