Mart 27, 2024 14:44 Asia/Baku
  • Rusiya, Çin və İran ittifaqı Qərb üçün kabusa çevrilə bilər

Londonda çıxan The Economist jurnalına görə, Rusiya, Çin və İran arasında ittifaq ABŞ və müttəfiqləri üçün kabusa çevrilmək riski daşıyır.

“The Economist” jurnalının məqaləsində bildirilir ki, Qərbin sanksiya təzyiqi Rusiya, Çin və İranı ümumi düşmənə qarşı birləşməyə və ABŞ-ın artıq hökmranlıq etməyəcəyi çoxqütblü dünya ideyasını dəstəkləməyə vadar edib.

Məqalədə deyilir: “Bu üç ölkə BRİKS kimi eyni beynəlxalq klubların üzvüdür. Onlar arasında ikitərəfli ticarət artır və rüsumsuz bloklar, yeni ödəniş sistemləri və Qərbin nəzarətində olan ərazilərdən yan keçən ticarət yolları üçün planlar hazırlanır. Bu vəziyyət ABŞ və müttəfiqləri üçün kabusa çevrilmək riski daşıyır”.