Mart 28, 2024 15:05 Asia/Baku
  • Rusiyanın NATO ilə müharibəsi iddiası, cəfəngiyyatdır

«Rusiya NATO ilə müharibə etmək niyyətindədir» iddiası, cəfəngiyyatdır. Bunu, Rusiya prezidenti Vladimir Putin təyyarəçilərlə söhbətində deyib.

Sizcə, Rusiya Federasiyasındakı müdafiə xərclərinə əsasən, biz NATO ilə müharibə etmək niyyətindəyik? Deməli, bu, yalnız cəfəngiyyatdır- deyə, Rusiya prezidenti vurğulayıb.

Rusiya NATO ilə müharibə etmək fikrində deyil, amma onun maraqlarının nəzərə alınmasını istəyir; Rusiya öz tarixi ərazilərindəki xalqını qorumaq istəyir- deyən Putin vurğulayıb: Bütün Rusiya xalqının bir böyük vətəni var və qalmaqallı təxribatçı şüarlar ölkənin dağılması üçün bir təhdiddir və bu ölkədə etnoslar arasındakı sülh qorunmalıdır.

Putinin sözlərincə: Rusiyanın heç bir hücum planı yoxdur və əgər Ukraynada çevriliş edilməsə və ondan sonra Donbasda hərbi əməliyyat keçirilməsəydi, Moskva heç vaxt Ukraynada hərbi əməliyyata başlamazdı.

Biz hazırda xüsusi hərbi əməliyyat zamanı nə edirik? Biz öz tarixi ərazilərində yaşayan xalqımızı qoruyuruq- deyə, Putin söyləyib.

Putin əlavə edib: Rusiyanın Polşaya və ya Baltikyanı ölkələrə qarşı hücum ehtimalı barədəki sözlər tamamilə cəfəngiyyatdır, xalqı aldatmaq üçün başqa bir vasitədir ki, onun çiyininə əlavə xərclər yükləmiş olsunlar.

Putin Rusiyanın hərbi pilotlarına bildiribdir ki, onlar öz hərbi planlarında bu məsələni nəzərdə tutmalıdırlar.