Rusiya İsrail rejiminin Suriyaya hücumunu pisləyib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sionist rejimin Suriyaya qarşı hücumlarını pisləyərək, bunu təxribat və qəbuledilməz olduğunu bildirib.
Sionist rejimin Suriyaya qarşı təxribat xarakterli hərbi hərəkətlərinin çox təhlükəli nəticələri olacağını qeyd edən mətbuat katibi əlavə edib:
“Suriya Ərəb Respublikasına qarşı bu cür təcavüzkar hərəkətlər ölkənin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının açıq şəkildə pozulmasıdır və qətiyyən qəbuledilməzdir”
Qeyd edək ki, Cümə günü sionist rejimin Hələb ətrafına hava hücumları zamanı bəzi terrorçu qruplar da Suriyaya PUA-larla hücum edib. Edilmiş bu təcavüz Suriya Hava hücumundan müdafiə ordusu tərəfindən zərərsizləşdirilib.
Bundan əlavə Cümə axşamı da sionist rejim işğal olunmuş Qolan yüksəkliklərindən Dəməşq ətrafına hücum edib, nəticədə iki suriyalı mülki şəxs yaralanıb.