Apr 02, 2024 15:24 Asia/Baku
  • Patruşev: Rusiyanı dünya xəritəsindən silmək istəyirlər

Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, kollektiv Qərbin uzunmüddətli məqsədi Rusiyanı zəiflətmək və sonra dünya xəritəsindən silməkdir.

Nikolay Patruşev “Arqumenti i Faktı” nəşrinə müsahibəsində deyib: “Rusiyanın iqtisadi və siyasi rəqib kimi zəifləməsi və sonra parçalanaraq dünyanın siyasi xəritəsindən çıxarılması Vaşinqtonun, Londonun və onların nəzarətində olan kollektiv Qərbin uzunmüddətli strateji hədəfləridir”.

Onun sözlərinə görə, ABŞ və Britaniya NATO ölkələrini özlərinə daha möhkəm bağlamaq üçün qəsdən rusofobiyanı şişirdirlər.

 

Teqlər