Apr 06, 2024 12:34 Asia/Baku
  • “D8” qrupu İsrailin İran konsulluğuna hücumunu pisləyib

Səkkiz İnkişaf etməkdə olan İslam ölkəsindən ibarət İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi bu təşkilat adından sionist rejimin Suriyanın Dəməşq şəhərində İran İslam Respublikasının diplomatik binasına hücumunu ən sərt şəkildə pisləyib.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, D-8 qrupunun baş katibi bildirib: “Şübhəsiz ki, İranın diplomatik obyektlərinə edilən son hücum BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüququn bütün normalarının, habelə 1961-ci ildəki diplomatik və konsulluq toxunulmazlığının, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası və Konsulluq Münasibətləri haqqında 1963-cü il Konvensiyasının kobud şəkildə pozulmasıdır.