Apr 06, 2024 15:15 Asia/Baku
  • BMT İHŞ-də sionist rejimə qarşı üç qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında sionist rejim əleyhinə üç qətnamə qəbul edilib.

Ümumdünya Qüds Günü ilə bir zamanda, Cenevrədə- Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında böyük əksəriyyət səslə Fələstinin xeyrinə və sionist rejimin əleyhinə üç qətnamə qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının əlli beşinci sessiyasında Fələstin xalqının taletəyinetmə hüququ üzrə qətnamə layihəsi şuranın bütövlükdə qırx yeddi səsindən qırx iki lehinə səsilə qəbul edilib.

Yalnız Amerika və Paraqvay bu qətnamənin əleyhinə səs veriblər. Onlar özlərinin bu hərəkətlərilə dünya xalqlarına/ məzlum Fələstin xalqı üçün qəti taletəyinetmə hüququnun reallaşmasının əleyhinə olduqlarını elan ediblər.

Sessiyadakı digər qətnamə, sionist rejimin işğal olunmuş Fələstin ərazilərində sionistsakinli qəsəbələr salmasını pisləmək istiqamətində olub. Qətnamə otuz altı lehinə səslə qəbul olunub.

Bu dəfə də Amerika Paraqvay və Malavinin müşayiətləri ilə bu qətnamənin əleyhinə səs verib. Bu üç ölkə Qüdsü işğal etmiş rejimi himayə edib.

BMT-nin İnsan Hüquqları Şurasının əlli beşinci sessiyasındada səsə qoyulan üçüncü qətnamə, işğal olunmuş Fələstin ərazilərində, o sıradan Beytülmüqəddəsdə insan hüquqları, həmçinin ədalət və məsuliyyət qəbuletmə üzrə öhdəliklər adı altında olub. Qətnamə 28 lehinə səslə qəbul edilib.

Amerika, Almaniya, Argentina, Malavi, Bolqarıstan və Paraqvay bu qətnamənin əleyhinə səs veriblər. Onlar  İnsan Hüquqları Şurasının digər üzvlərinin əksinə gedərək, sionist rejimin kənarında dayanıblar.

İranın BMT-nin Cenevrədə yerləşən qərargahındakı səfiri və daimi nümayəndəsi Əli Bəhreyni dünən İnsan Hüquqları Şurasının sessiyasındadakı çıxışında sionist rejimin Qəzzədəki cinayətlərini kəskin tərzdə pisləyib.

İran İslam Respublikasının Fələstin amalına dəstəyə dair əzmkarlığına təkid edən Əli Bəhreyni İnsan Hüquqları Şurasından/ sionist rejimi/ sözügedən vəhşiliyin insan hüquqları zəminindəki nəticələri qarşısında məsuliyyətli etməsini tələb edib.