Apr 09, 2024 14:17 Asia/Baku
  • Medvedev: Moskvadakı teraktda 4 Qərb dövlətinin əli var

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Qərb liderlərini "Crocus"dakı terror aktında şərik adlandırıb.

Dmitri Medvedev bildirib ki, terror aktında Amerika prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron, Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şoltsun əli var. Və onlar "Krokus Citi Holl"dakı terror aktında şərikdirlər.

Medvedev, həmçinin "Ukraynalı banderaçıları" terror aktının əsl təşkilatçıları adlandırıb.

Bundan əvvəl Dmitri Medvedev demişdi ki, Qərb liderləri "Krokus"da terror aktına sponsorluq ediblər.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Brüssel Kiyev rejimi tərəfindən törədilən terror aktlarını məmnuniyyətlə ört-basdır edir, lakin edilən hər şeyin cəzası mütləq gələcək.