Pekin Yaxın Şərqdə gərginliyin azaldılmasını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i410344-pekin_yaxın_Şərqdə_gərginliyin_azaldılmasını_istəyib
Çinin Xarici İşlər Nazirliyi İran İslam Respublikasının sionist rejimin təcavüzkar hərəkətlərinə qarşı irimiqyaslı raket və PUA ilə verdiyi cavaba ilk rəsmi münasibətdə hər iki tərəfdən təmkinli olmağı və gərginliyi azaltmağı istəyib.
(last modified 2024-04-14T07:47:24+00:00 )
Apr 14, 2024 11:46 Asia/Baku
  • Pekin Yaxın Şərqdə gərginliyin azaldılmasını istəyib

Çinin Xarici İşlər Nazirliyi İran İslam Respublikasının sionist rejimin təcavüzkar hərəkətlərinə qarşı irimiqyaslı raket və PUA ilə verdiyi cavaba ilk rəsmi münasibətdə hər iki tərəfdən təmkinli olmağı və gərginliyi azaltmağı istəyib.

Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, rəsmi Pekin İran və İsrail arasında mövcud vəziyyətdən dərin narahatdır və tərəfləri gərginliyin daha da artmasının qarşısını almaq üçün soyuqqanlılıqlarını qorumağa və təmkinli olmağa çağırır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu – Sepah şənbə gecəsi işğal olunmuş Fələstin əraziləri və sionist rejimin mövqelərinə onlarla PUA və raketlərlə zərbə endirib.