Apr 15, 2024 20:58 Asia/Baku
  • Müxtəlif ölkələrin xalqları İranın intiqam hücumuna dəstək veriblər

Müxtəlif ölkələrin xalqları İranın sionist rejimə qarşı intiqam hücumuna dəstək veriblər.

Oman kralllığının müftisi İranın sionist rejimə qarşı hücumunu alqışlayıb və onu tərifləyib.

X sosial şəbəkəsindəki şəxsi səhifəsində mətləb yayan Əhməd bin Həməd Əlxəlili yazıb: Medialarda İran İslam Respublikasının sionist rejimin İran konsulluğu əleyhinə hücumuna cavab üzrə hərəkətinə verilən cəsurcasına reaksiya doğrudan da sevindirici haldır və ümid edirik ki, tezliklə səmərə verəcək. Biz bu addımı və ona bənzər addımları alqışlayırıq.

Əfqanıstan müqavimət cəbhəsi də İranın anti-sionist əməliyyatını himayə edib.

Əfqanıstan müvəqqəti hökumətilə müxalifətdə olan və şəhid Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun başçılıq etdiyi Əfqanıstan milli müqavimət cəbhəsi bu gün bir bəyanatda bildiribdir ki, İranın İsrail rejminə qarşı raket hücumları qanuni müdafiə hərəkəti olubdur.

Qəzzədə də insanlar İranın hücumunu himayə ediblər. Onlar bu qənaətdədirlər ki, heç kəs bu işi görməyə cürət etmirdi. Həmas yaydığı bəyanatda İranın raket və PUA hücumunu himayə edib və İranın addımlarını “təbii haqq və layiqli cavab” adlandırıb.

Qəzzə barədə yayılan görüntülər göstərir ki, əhalinin böyük bir hissəsi, o sıradan didərgin düşərgələrinin daxilindəki bəzi insanlar fit verirlər. Bəziləri də səmanın İranın raketləri və İsrail rejiminin həmin raketləri təqib etmək üzrə hərəkətləri ilə işıqlandığı bir halda, sevinclə “Allahu Əkbər!” şüarı verirlər.

Türkiyə xalqı da “Sədaqətli vəd” əməliyyatını rəğbətlə qarşılayıb və islami ölkələri İran kimi hərəkət etməyə çağırıb.

Türkiyədəki sosial şəbəkə fəalları və xalq dairələri İranın sionist rejimə qarşı “Sədaqətli vəd” əməliyyatını alqışlayıblar. Türkiyə xalqı islami ölkələrdən istəyibdir ki, İsrail rejimindən intiqam alar/ və Fələstin xalqına yardım çatdırarkən/ İran kimi hərəkət etsinlər.

Küçələrdə işğalçı rejimə qarşı şüarlar verən Yəmən xalqı da sionist rejimin bayrağını tapdaq altına aldı.

Tunis vətəndaşları İranın sionist rejimə hücumuna dəstək istiqamətində Amerikanın Tunisdəki səfirliyi önündə aksiya keçiriblər.

Əllərində İranın və müxtəlif müqavimət hərəkatlarının bayraqlarını tutan aksiyaçılar İranın işğalçı rejimə qarşı strateji cavabını “Ələqsa Tufanı” əməliyyatının ayrılmaz hissəsi adlandırıblar.

 

 

Teqlər