Apr 16, 2024 12:35 Asia/Baku
  • Ətvan: İsrailin İrana qarşı təhdidi boşboğazlıqdır

Məşhur ərəb analitik Sionist rejimin sarsıntı içərisində olduğunu və İranın hücumları qarşısında duruş gətirə bilməyəcəyini vurğulayıb.

Əl-Qüds Əl-Ərəbi qəzetinin baş redaktoru Əbdülbari Ətvan köşə yazısında bildirib: “Doğru Vəd əməliyyatının ardınca sionist rejimin İrana hücum təhdidləri daha çox psixoloji müharibəyə bənzəyir”.

İranın saxta rejimə verdiyi hərbi cavabını yüksək qiymətləndirən analitik qeyd edib ki, İranın şənbə gecəsi həyata keçirdiyi əməliyyat sübut etdi ki, İsrail klassik müttəfiqləri, o cümlədən ABŞ, Fransa və İngiltərənin köməyi olmadan özünü müdafiə etmək qabiliyyətinə malik deyil.

Ərəb dünyasının bu analitiki həmçinin İran raketlərinin partlayıcı başlıqlarının İsraildə müəyyən edilmiş hədəfləri vurmaqda dağıdıcı gücünə toxunaraq deyib ki, İran raketlərinin iki hava bazasını vurduğu faktdır və işğalçı rejim “heç nə olmayıb” deməklə sadəcə olaraq özünə təsəlli verir.

 

 

Teqlər