Apr 16, 2024 12:50 Asia/Baku
  • Ənvər İbrahim: İranın İsrailə qarşı zərbələri legitimdir

Malayziyanın baş naziri bəyan edib ki, İranın İsrailə qarşı misli görünməmiş zərbələri legitimdir.

Ənvər İbrahim Təl-Əviv rejiminə Qərbi Asiyada gərginliyi artıracaq əlavə addımlar atmaqdan vaz keçməyə çağırıb və deyib: “İran tərəfindən pilotsuz təyyarələrin buraxılması sionist İsrail rejiminin İranın Dəməşqdəki səfirliyinə qarşı vəhşi hücumundan sonra qanuni bir hərəkətdir”.

Əhalisinin əksəriyyəti müsəlman olan Malayzaiya lideri qeyd edib ki, Təl-Əviv Yaxın Şərqdə gərginliyi daha da artıracaq hər hansı bir cavab tədbirindən çəkinməlidir.