Apr 18, 2024 13:20 Asia/Baku
  • Rusiya Təhlükəsizlik Şurasından dərhal İsrailə qarşı sanksiyaları nəzərdən keçirməyi istəyib

Rusiyanın Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi İsrailin Ramazan ayında Qəzzədə atəşkəslə bağlı Təhlükəsizlik Şurasının məcburi qətnamələrinə əməl etmədiyinə işarə edərək, Təhlükəsizlik Şurasından İsrailə qarşı sanksiyaların tətbiqi məsələsini dərhal nəzərdən keçirməyi xahiş edib.

"TASS"ın məlumatına görə, Vasili Nebenziya dünən axşam Təhlükəsizlik Şurasının Fələstin və Qərbi Asiyada baş verən hadisələrlə bağlı iclasında çıxışı zamanı Qəzzənin görünməmiş fəlakətin şahidi olduğunu bildirərək, deyib: "Buna baxmayaraq, İsrail rejimi humanitar yardım karvanlarının yarısının bu əraziyə daxil olmasına mane olur".

Nebenzia Qəzzədə vəziyyətin daha da kritik bir hal almaması üçün Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi UNRWA-nın rolunun tam bərpa edilməli olduğunu vurğulayaraq, bütün bölgənin UNRWA-nın rolunun zəifləməsinin nəticələri və mənfi təsirlərindən əziyyət çəkəcəyi barədə xəbərdarlıq edib".

O, sionist rejimin Təhlükəsizlik Şurasının Ramazan ayında Qəzzə zolağında atəşkəs tələb edən 2728 saylı qətnaməsinin yerinə yetirmədiyini qeyd edərək, şuranın sionist rejimə sanksiya tətbiqi məsələsini dərhal araşdırmasına ehtiyac olduğunu bildirib.

Teqlər