Apr 18, 2024 11:45 Asia/Baku
  • İranın hipersəs raketləri İsrailə çatıb

İranın hücumu ABŞ hegemonluğuna zərbə idi – TƏHLİL

Rusiyalı tanınmış politoloq Sputnik Agentliyi üçün yazdığı məqalədə İran silahlı qüvvələrinin İsrailə hava zərbələrini son dərəcə effektiv və yüksək qiymətləndirib.

Aleksandr Xrolenko öz məqaləsində yazır: “Amerikalılar hesab edirlər ki, İranın zərbəsinin əsl məqsədi İsrailə ziyan vurmaq deyil, İsrailin hava hücumundan müdafiə sistemlərinin hər ehtimal "əsl müharibə zamanı" fəaliyyətinin sınaqdan keçirmək olub”.

Müəllifin fikrincə, İranın hipersəs raketləri bazar günü gecə İsrail ərazisinə çatıb. Raket İsrail Müdafiə Qüvvələri TSAXAL-ın yüksək dərəcədə qorunan obyektlərini və ABŞ-ın Yaxın Şərqdəki mühafizə strategiyasını, İsrailin "Dəmir Qübbə" və "Davudun sapanı"nı, Pentaqon və NATO-nun regional hava hücumundan müdafiə vasitələrinin effektivliyi barədə olan mifoloji digər mühüm hədəfləri məhv edib.

Rusiyalı politoloq sonra yazır: “Aprelin 14-də Tehran endirdiyi birgə zərbə ilə Vaşinqton və onun satellitlərinə çoxqütblü dünyada yerlərini göstərib. Yaxın və Uzaq Şərq və qlobal Cənub ölkələri tərəfindən "cəza" qavrayışını nəzərə almasaq, nüfuzun ciddi zədələnməsi hətta Qərbdə də qəbul edilib. Əslində Tehran beynəlxalq hüquq çərçivəsində 14 aprel gecəsi öz imkanlarını yüksək texnologiya ilə və layiqli şəkildə reallaşdırıb. Eyni zamanda o, İsrail ordusunun və Pentaqonun hava hücumundan müdafiə gücünü də yoxlayıb. Bununla da İran ABŞ və NATO silahları üzərində texnoloji üstünlüyünü nümayiş etdirib.

Müəllif qeyd edir ki, İranın misli görünməmiş birləşmiş zərbəsi çoxgünlük, yüksək intensivlikli münaqişədə İsrail ordusu və onun Pentaqon və NATO tərəfdaşların məğlub olacağını açıq şəkildə göstərdi. İsrailin imkanları məhduddur, ABŞ İranla böyük müharibəyə hazır deyil.

Məqalənin sonunda bu cümlələr qələmə alınıb: “Amerikalılar hesab edirlər ki, İranın zərbəsinin əsl məqsədi İsrailin hava hücumundan müdafiə sistemlərinin hər ehtimal "əsl müharibə zamanı" fəaliyyətinin sınaqdan keçirmək olub. Digər tərəfdən, İranın müdafiə gücünün Asiyadakı hərbi-siyasi vəziyyətə təsiri qeyd-şərtsiz və faydalıdır.