Apr 25, 2024 16:36 Asia/Baku

ABŞ universitetlərində Qəzzəyə dəstək və sionist rejimin müharibəsinin dayandırılmasını tələb edən etiraz aksiyaları zamanı polis iki universitetdən 140-a yaxın tələbəni həbs edib.

Los-Anceles polisi Cənubi Kaliforniya Universitetində Qəzzəy dəstək aksiyası zamanı 93 nəfərin həbs edildiyini bildirib. Ostində Texas Universitetinin kampusunda keçirilən etiraz aksiyası zamanı isə polis 50-yə yaxın tələbəni həbs edib.

Bu elə bir haldadır ki, ABŞ universitetlərindəki qəzəb aksiyası dayanmaq bilmir. Ötən həftə Kolumbiya Universitetində başlayan Fələstin tərəfdarı etiraz aksiyası indi Harvard, Texas, Braun və Cənubi Kaliforniya universitetlərinə çatıb. Amerikanın bir sıra digər universitetlərində də tələbələr də İsrailin Qəzzədə dinc əhaliyə qarşı davam edən qırğınlarına etiraz olaraq, çərşənbə günü oturaq aksiyalara başlayıblar.

Royd-Aylenddəki Braun Universiteti və Cənubi Kaliforniya Universitetinin tələbələri Qəzzədə atəşkəs çağırışı etmək üçün Kolumbiya da daxil olmaqla digər universitetlərə qoşulublar.

Ostindəki Texas Universitetində onlarla yerli polis və əyalət qüvvələri tələbələrin universitet şəhərciyində etiraz aksiyasına mane almaq üçün sıraya düzülüblər, nəticədə etirazçılarla toqquşub, bir neçə nəfəri həbs ediblər.

Massaçusetdəki Harvard Universiteti də universitetin həyətinə girişi məhdudlaşdırıb və çadır qurmaq üçün icazənin lazım olduğunu bildirib. Bununla belə etirazçılar çərşənbə günü 14 çadır qurublar.