Apr 25, 2024 16:51 Asia/Baku
  • Amerika universitet tələbələrinin etirazları Vyetnam müharibəsinə qarşı etirazlara bənzəyir

Ərəb dilli "Rəy Əl-Youm" qəzeti yazıb: "Amerikalı universitet tələbələrinin Fələstinlilərə qarşı soyqırımını pisləyən görünməmiş nümayişləri Vyetnam müharibəsinə qarşı çıxan müxalifətin nümayişlərini xatırladır".

Rəy Əl-Youm belə yazıb: "Amerikalı universitet tələbələrinin Fələstinlilərə qarşı soyqırımını pisləyən görünməmiş nümayişləri Vyetnam müharibəsinə qarşı çıxan müxalifətin nümayişlərini xatırladır....Bu, ədalətsiz tənliyi dəyişəcəkmi? Netanyahu bundan qorxduğunu niyə dilə gətirdi? Bu tendensiya Avropaya, Ərəb və İslam dünyasına yayılacaqmı"?

Qəzet davamında yazır: "Ola bilsin ki, amerikalı universitet tələbələrinin Fələstinlilərə qarşı soyqırım əleyhinə nümayişləri gündən-günə daha da həyəcanlı hala gələn ən görkəmli hadisədir və belə görünür ki, qartopu kimi sürətlə böyüməkdədir. Nümayişlər Texas və Cənubi Kaliforniya universitetlərinə də yayılıb və Amerika polisi onlara qarşı durub və  çoxlu sayda qəzəbli tələbəni həbs edib".

Amerika mediasının son xəbərləri, bu nümayişlərdə çoxlu sayda iştirakçının olduğunu və Amerika administrasiyasında Qəzzədə soyqırıma qarşı artan universitet nümayişləri ilə mübarizə aparmaq üçün Milli Qvardiya qüvvələrinin istifadəsinə dair müzakirələrin aparıldığını göstərir.

Qəzet əıavə edib: "Bu gün diqqəti çəkən İsrail rejiminin baş naziri Benyamin Netanyahunun Amerika universitetlərindəki nümayişlər haqqında danışması və onlardan qorxduğunu ifadə etməsi idi. Bəs bu misli görünməmiş nümayişlər nə ilə nəticələnəcək? Bütün tənlikləri dəyişə bilərmi?

Eyni zamanda Amerika universitetlərinin tələbələri İsrail rejiminin Qəzzə zolağına hücumuna etiraz olaraq, çərşənbə günü oturaq aksiyaya başlayıblar.

Qəzzə xalqına dəstək və sionist rejimin amansız müharibəsini dayandırmaq məqsədilə keçirilən bu tələbə etirazları Harvard, Texas, Braun və Cənubi Kaliforniya universitetlərinə də yayılıb və bu universitetlər polisin tələbələrlə toqquşmalarına səhnə olub.

ABŞ-ın Rod-Aylend ştatındakı Braun Universiteti və Cənubi Kaliforniya Universitetinin tələbələri Qəzzədə atəşkəs tələbi ilə digər universitetlər, o cümlədən Kolumbiya universitetinin tələbələrinə qoşulublar.