Apr 25, 2024 18:22 Asia/Baku
  • Bayden “erməni soyqırımı”nı yad etdi

ABŞ prezidenti Co Bayden bir daha “erməni soyqırımı” iddiasını rəsmən tanıyaraq erməniləri müxtəlif xalqlar o cümlədən ABŞ xalqının təməllərini möhkəmləndirən xalq adlandırıb.

“Zülm kampaniyası 1915-ci il 24 apreldə Konstantinopolda Osmanlı rəhbərləri erməni ziyalıları və cəmiyyətin rəhbərlərini həbs edərkən başlandı. Sonrakı günlər, aylar və illərdə milyon yarım erməni didərgin edildi, soyqırıma məruz qaldı yaxud ölümə sürükləndirildi. Ailələr həmişəlik olaraq sındırıldı, nəsillər həmişəlil olaraq dəyişdirildi”,- ABŞ prezidenti Co Bayden erməniləri anım günü münasibəti ilə etdiyi çıxışında deyib.

Bayden ermənilərin “bşər tarixinin ən qaranlıq fəsillərindən biri”nə dözdükdən sonra dünya üçün daha yaxşı gələcək yaratmağa başladıqlarını deyib.

“ Onlar şücaət və fədakarlıqla özlərini yenidən dirçəltdilər, öz mədəniyyətlərini qorudular. Onlar xalqların o sıradan da bizim xalqın təməllərini gücləndirdilər və onlar öz başlarına gələnləri söylədilər ki, 109 il öncə məruz qaldıqları kütləvi rəhimsizliklər bir daha təkrar olunmasın.”,- Bayden bildirib.

ABŞ prezidenti daha sonra ölkəsinin bundan sonra da erməniləri dəstəkləyəcəyini dolayısı ilə vurğulayıb:

“ ABŞ insan haqlarına dəstək və dözümsüzlüyə qarşı mübarizəni davam etdirəcək. Ümid hissi ilə nifrət və dəhşətə qarşı duracaq və hamının təhlükəsizlikdə, hörmət və izzətlə yaşamasını istəyən hər kəsin kənarında durmağa davam edəcək”,- Co Bayden iddia edib.

Qeyd edək ki, ABŞ başda olmaqla qərb dövlətləri 1915-ci ildə Osmanlı imperiyası dağılmazdan öncə ermənilərin soyqırımına məruz qaldıqlarını iddia edirlər. Rəsmi Ankara bu iddianı rədd edir, bu barədə tarixçilərin araşdırmalar aparmasına çağırır.