Apr 25, 2024 19:07 Asia/Baku
  • Azərbaycan etnik təmizləmədə ittiham edilib

ABŞ-da prezidentliyə namizəd Robert Kennedi iddia edilən “erməni soyqırımı”nın ildönümü münasibətilə etdiyi çıxışda Azərbaycan Respublikasını etnik təmizləmədə ittiham edib.

“Artsax”da “etnik təmizləmə”dən sonra Azərbaycan rejimi Ermənistanı növbəti ərazi güzəştlərinə məcbur etmək üçün oranın mülki siyasi rəhbərliyini, keçmiş prezidentləri, nazirləri və parlament üzvləri, eləcə də onlarla başqa insanı girov saxlayır. Rejim Ermənistanın ərazi sərhədləri daxilində bir neçə şəhər və kəndi təhvil verməyəcəyi təqdirdə oranı işğal etməklə hədələyir. Bu gün Azərbaycan buldozerləri “artsax”da erməni irsinin qalıqlarını məhv edir. 1915-ci il “erməni soyqırım”ı beynəlxalq səviyyədə qınanmasa, yaxın həftələrdə və aylarda yenidən baş verəcək”,- Robert Kennedi deyib.

ABŞ-da prezidentliyə namizəd Bayden hökumətini Azərbaycana qarşı sanksiya tətbiqinə çağırıb:

“Biz yerli ermənilərin “artsax”a qayıtması üçün təhlükəsiz yol tapılması, Azərbaycanı girovların azad edilməsinə çağırmalı və sanksiyalar tətbiq etməklə məsuliyyətə cəlb etmək üçün indi hərəkətə keçməliyik. Bu gün biz “erməni soyqırımı”nın törədilməsinin 109-cu ildönümünü qeyd edirik. Ancaq ermənilər hələ də acınacaqlı vəziyyətdədir. Biz “etnik təmizləmə”yə son qoymaq və ermənilərin öz müqəddəratını təyinetmə hüququnu qorumaq üçün öhdəliyimizi təsdiqləməliyik”, Robert Kennedi bildirib.