Apr 26, 2024 18:08 Asia/Baku
  • Senders Netanyahunu tənqid atəşinə tutub

Senders Netanyahuya: Otuz dörd min fələsitinllinin qırğın edildiyini demək, anti-semitizm deyil

Amerikalı senator Senders Netanyahuya xitabən deyib: Sizin nazirlər kabinetinin altı ayda otuz dörd min fələsitinllini öldürdüyünü demək, nə anti-semitizmdir, nə də ki, Həmas-a dəstək.

Amerikalı solçu senator Berni Senders sionist rejimin baş naziri Benyamin Netanyahuya Qəzzədə törədilən qırğının pislənilməsinin anti-semitizmlə səhv tutulmaması zərurətinə təkid edib.

O, əlavə edib: Qəzzədəki məktəb və universitetlərin Netanyahunun hökuməti tərəfindən dağıdılması və təhsil alanlardan 625 min nəfərin təhsildən məhrum edilməsini pisləmək, anti-semitizm deyil.

Senders söyləyib: Deyirik ki, Qəzzənin infrastrukturlarını, onun sanitariya sistemini və 221 min evi dağıtmısız- bu,  anti-semitizm deyil.

Senders iki gün bundan öncə demişdi ki: İsrailin Qəzzədə törətdikləri daha Həmas-a qarşı müharibə üçün deyil, daha çox, fələstinlilərin həyat şəratini məhv etmək üçündür.