Apr 27, 2024 13:53 Asia/Baku
  • Rusiyanın Londondakı səfiri İngiltərə XİN-ə çağrılıb

İngiltərə xarici işlər nazirliyi dünən «Rusiyanın İngiltərə ərazisindəki mütəşəkkil və təxribatçı fəaliyyətləri» adlandırdığı məsələdə ittiham etdiyi Rusiyanın Londondakı səfiri Andrey Kelin-i çağırıb.

İngiltərə xarici işlər nazirliyi öz bəyanatında qeyd edibdir ki, London hökuməti səfirə/ "Rusiyanın digər müstəqil ölkələrin ərazilərində təxribatçı rəftarları himayə istiqamətində daha geniş rəftar tərzi"ndən narahat olduğunu bildirib.

Bəyanatda sonra deyilir: Biz bu fəaliyyətlərin dərhal dayandırılmasını tələb edirik və Rusiyadan qaynaqlanan təhlükələr qarşısında müdafiə və çəkindiricilik yaratmaq üçün müttəfiqlərimizlə əməkdaşlıqlarımızı davam etdirəcəyik.

Rusiyanın Londondakı səfirinin İngiltərə xarici işlər nazirliyinə çağırılmasının fonunda qeyd edək ki, bu ölkə prokurorluğu dünən iki İngiltərə vətəndaşını həmin ölkədə təxribat törətmək üçün Rusiyanın casusluq xidmətilə əlbir olmaqda ittiham edib.