"Fələstinə dəstək" tələbə hərəkatı Venesuelaya çatıb
Venesuelada minlərlə tələbə Fələstin xalqına dəstək yürüşü keçirib
Anerika və Avropa unuversutetlərinin ardınca çərşənbə axşamı Venesuelada minlərlə tələbə Fələstin xalqına dəstək üçün paytaxt Karakasda küçələrə çıxıb.
"TASS" xəbər agentliyinin məlumatına görə, Karakasda tələbələr Bolivar Universitetindən Milli Məclisə qədər yürüş keçirərək, İsrailin Fələstinə təcavüzü və soyqırımı əleyhinə əllərində plakatlar daşıyıblar və şüarlar səsləndiriblər.
Fələstinin Karakasdakı səfiri Fadi Əlzaben mitinqdə çıxış edərək, deyib6 "Fələstin 75 ildir ədaləti gözləyir və mövcud olmaq hüququnu müdafiə edir. İsrail Qəzzə zolağını uşaq və qadın məzarlığına çevirib. Müstəqilliyimizə çatmaq üçün daha neçə uşaq ölməlidir".
Onun sözlərinə görə, İsrail rejimi Qəzzədə "500 məktəb və təhsil mərkəzini, 5 universiteti dağıdıb, 80 universitet rektorunu öldürüb".
Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi günü deyib: "Dünya gəncləri İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən Fələstin xalqının soyqırımını ifşa etmək üçün küçələrə çıxmalı və daimi sülh tələb etməlidir".
Venesuela hökuməti Fələstinlə diplomatik əlaqələrin qurulmasının ildönümündə Fələstinlə dostluğunu bir daha təsdiqləyib və İsrailin Qəzzədə qəddarlığı qarşısında Fələstin xalqı ilə həmrəy olduğunu bir daha bəyan edib.
"Telesur" xəbər portalının məlumatına görə, şənbə günü Venesuelanın xarici işlər naziri İvan Gil Fələstin səfiri Fadi Əlzaben ilə birlikdə ikitərəfli münasibətlərin qurulmasının on beşinci ildönümü münasibətilə Latın Amerikasının İspaniyanın müstəmləkəçiliyindən azadlıq inqilabının rəhbəri Simon Bolivarın məzarə üzərinə gül dəstəsi qoyublar.
Gil bununla bağlı X sosial şəbəkəsindəki hesabınd yazıb: "Bu gün biz soyqırımın ortasında İsrail və onun Vaşinqtondakı müttəfiqlərinin vəhşiliyi qarşısında dünyanın vicdanını oyatmağı bacaran Fələstin xalqı ilə dostluğumuzu və həmrəyliyimizi bir daha təsdiqləyirik".